“Çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatının olduğuna dair şübhə qalmadı”,İ.Kalın

Dövlət başçısının sözcüsü İbrahim Kalın 15 iyuldakı çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı FETÖ-nun olduğuna dair şübhə qalmadığını deyib.

598597
“Çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatının olduğuna dair şübhə qalmadı”,İ.Kalın

Dövlət başçısının sözcüsü İbrahim Kalın 15 iyuldakı çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı FETÖ-nun olduğuna dair şübhə qalmadığını deyib.

İbrahim Kalın Mərmərə universiteti İlahiyyat fakültəsində keçirilən “15 iyul çevriliş cəhdi: mülki əhalinin həmrəyliyi” mövzulu simpoziumda çıxış edərək deyib ki,  15 iyul gecəsi nələr olduğunun unudulmaması üçün bir araya gəlmək əhəmiyyət daşıyır. Bu çəvrilişin qarşısını alanların əlində heç nə yox idi. Bizim xalqımız cəsurdur, əlində heç nə olmadan küçələrə axışdı. Bəlkə də dünyada başqa bir ölkədə azadlıq və demokratiya adına belə bir reaksiya görmək çətindir. Burada əslində Türkiyədə mülki əhalinin nə qədər güclü olduğunu görmək mümkündür. Önəmli olan fakt insanların inamla və cəsur şəkildə küçələrə axışması olmuşdur. Bəziləri həyatlarını bayraqları və vətənləri üçün fəda etdilər.

O gecənin bir də qaranlıq cəhəti olduğunu vurğulayan İbrahim Kalın qeyd edib ki, Gülən terror təşkilatı bu çevriliş cəhdini etdi. Artıq bu çevriliş cəhdinin arxasında onun olduğuna dair şübhə qalmayıb.

Hal-hazırda artıq 15 iyuldan daha güclü bir Türkiyə olduğunu dilə gətirən Kalın onu da deyib ki, iqtisadiyyatımız daha güclü, ölkə daha güclü və daha birləşmiş bir siyasətimiz var. Belə bir hadisə başqa ölkədə olsaydı, dövlət qurumları arasında ciddi mənada problemlər baş verər, ictimaiyyətdə də eləcə. Amma ölkəmizdə bu xain çevriliş cəhdindən sonra yeni bir körpünün açılış mərasimi oldu. İqtisadiyyat sahəsində yeni sərmayə qoyuluşları davam edir. Keçən günlərdə Dünya Enerji forumu keçirildi. Bizim xarici və daxili siyasətimizdə artıq Türkiyənin daha güclü ölkə olduğunu rahat çəkildə söyləyə bilərəm. Bu da xalqımızın cəsarəti ilə, onların qəhraman mövqeləri ilə çox yaxından əlaqəli bir nəticədir.



Әlaqәli Xәbәrlәr