“Sincar bölgǝsinin Kandil olmasına icazǝ vermǝrik”

İraqın Sincar bölgəsinin yeni Kandil  (terror təşkilatı PKK-nın mərkəzi) olmasına icazə etməyəcəyik. Bunu prezident Ərdoğan deyib.

598390
“Sincar bölgǝsinin Kandil olmasına icazǝ vermǝrik”

Preziden R.T Ərdoğan, Qazi və Şəhid Yaxınlarının yeni vǝzifǝlǝrǝ tǝyin edilmǝsi münasibǝtiylǝ Beştǝpǝ Mədəniyyət və Konqres Mərkəzində tǝşkil edilǝn mǝrasimdǝ etdiyi çıxışında, Suriyada Türk Silahlı Qüvvələrinin rǝhbǝrliyi ilǝ 24 Avqustdan bǝri davam edǝn Fǝrat Qalxanı əməliyyatının ǝhatǝ dairǝsinin genişlǝdilǝcǝyini bildirib.

Prezident Əl Babın terror təşkilatı DAEŞ üçün ǝhǝmiyyǝtli mǝrkǝz olduğuna diqqǝt çǝkǝrǝk: “DEAŞ, Cerablus, Rai və Dabi kimi El Bab-dan da ayrılacaq. Bab tǝmizlǝndikdǝn sonra Münbiç vǝ rǝqqaya istiqamǝtli ǝmǝliyyat başladılacaq. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilǝ ötǝn gün telefon vasitǝsiylǝ reallaşdırdığım görüşdǝ bu mövzunu müzakirǝ etdik” deyǝ vurğulayıb.

Terrora qarşı mübarizənin İraq ayağına da toxunan Prezident: “Mövcud vǝziyyǝtdǝ Kərkükdə, Mosulda, Telafǝrdǝ, Sincarda mübarizǝni davam etdirǝcǝyik.  Sincar yeni bir Kandilǝ çevrilmǝk istǝnir. Lakin biz Sincarın yeni bir Kandil olmasına icazə vermiyǝcǝyik. Çünki orada PKK var”.

Ölkǝ daxilindǝ terrora qarşı mübarizǝdǝ fərqli prosesin başladığını ifadǝ edǝn prezident, terroru gǝlib qapını döydüyündə yox, qaynağında mǝhv edǝcǝyik deyib.

Prezident Ərdoğan qeyd edib ki,Türkiyə Böyük Millət Məclisindǝ edam cəzasının tǝtbiqinǝ dair qǝrar qǝbul edilǝrsǝ, bunu tǝsdiq edǝrǝm.



Әlaqәli Xәbәrlәr