Terrorla mübarizә davam edir

Türkiyәnin  Gaziantep şәhәrindә oktyabrın 16-da  3 polis әmәkdaşını  şəhid edən terrorçular saxlanıldı.

596743
Terrorla mübarizә davam edir

Kastamonunun  Tosya qәsәbәsindә terror təşkilatı DEAŞ üzvü olduqları müәyyәn edilәn Suriya vәtәndaşı 5 nəfər saxlanıldı.

Saxlanılan terrorçuların  oktyabrın 16-da  3 polis әmәkdaşını şәhid edәn hücum ilә әlaqәsi olduğu  müәyyәnlәşdirildi.

Bitlisdә isә  pilotsuz uçuş aparatı ilә tәsbit edilәn terror tәşkilatı PKK üzü  4 terrorçu endirilәn zәrbәlәr nәticәsindә mәhv edildi.

Şırnakda da Uludərə Düğün Dağı bölgəsində davam edən əməliyyatlarda 2 terrorçu mәhv edildi, 1 terrorçu yaralı olaraq әlә keçirildi.

Əməliyyatlarda həmçinin  çox sayda  silah-sursat әlә keçirildi.

Muşda  isə 2-si  kənd muxtarı olmaqla  3 nəfər həbs olundu.

Digər tərəfdən, Diyarbəkirin Sur qәsәbәsindә hәyata  keçirilən əməliyyatda terrorçularla  əlaqəsi  olduğu  tәsbit edilәn  1 nəfər nәzarәtә alındı.



Әlaqәli Xәbәrlәr