"PKK qurulmasına icazə verməyəcəyik", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Mosul əməliyyatıyla bağlı danışdı, "Əməliyyata çox istiqamətli qatqı təmin edirik" dedi, İraqdan çox sayda PKK terrorçusunun hücum etmək üçün Türkiyəyə keçdiyini söylədi,

596206
"PKK qurulmasına icazə verməyəcəyik", M.Çavuşoğlu

  Xarici İşlər naziri Mövlud Çavuşoğlu davam edən Mosul əməliyyatına Türkiyənin çox istiqamətli qatqı təmin etdiyini, Başika düşərgəsində Türkiyə hərbçilərinin təlim keçdiyi Ninova qüvvələrinin DAEŞ-ə qarşı əməliyyatda aktiv iştirak etdiyini söylədi. Çavuşoğlu onu da dedi ki: "Eyni zamanda, dörd F16 təyyarəmiz koalisiya qüvvələri arasında yer alır, hava əməliyyatına qoşulmaq üçün."

  Çavuşoğlu koalisiyanın ortaq məqsədinin Suriyadan və İraqdan DAEŞ-i təmizləmək və ölkələrin ərazi bütövlüyünü qorumaq olduğunu vurğulayıb. İraqdan çox sayda PKK terrorçusunun Türkiyəyə keçdiyini və hücumlar təşkil etdiyini söyləyən Çavuşoğlu onu da bildirib ki, "Türkiyə sərhədlərində gördüyümüz və görəcəyimiz tədbirlər sayəsində bölgəmizin daha etibarlı vəziyyətə gəlməsini təmin edəcəyik."

 



Әlaqәli Xәbәrlәr