İstanbul BMT-nin mərkəzi ola bilər

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorizmlə mübarizədə Birləşmiş Millətlər Təşkilatının daha qabaqcıl rol almasını istədiklərini ifadə etdi, BMT-nin yaranmasının 71-ci ildönümü münasibətilə yayımladığı mesajda bildirdi.

596244
İstanbul BMT-nin mərkəzi ola bilər

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorizmlə mübarizədə Birləşmiş Millətlər Təşkilatının daha qabaqcıl rol almasını istədiklərini ifadə etdi.

  BMT-nin yaranmasının 71-ci ildönümü münasibətilə yayımladığı mesajda Ərdoğan bildirdi: "Təkcə Türkiyənin deyil, bütün beynəlxalq cəmiyyətin təhlükəsizliyi baxımından təhdid meydana gətirən DAEŞ, Əl-Qaidə, PKK, PYD/YPG, DHKP-C və FETÖ kimi terror təşkilatlarıyla təsirli mübarizə aparmaq üçün bütün BMT üzvü olan ölkələrə həmrəylik nümayiş etdirməsini arzulayıq."

  Türkiyə başçısı onu da qeyd etdi ki, “Yaranandan bu yana BMT və onun dəyərlərinin ən qüvvətli müdafiəçiləri arasında iştirak edən Türkiyə qlobal sülh və təhlükəsizliyin təmini, vasitəçilik, inkişaf, humanitar yardım, ətraf mühit və mədəniyyət kimi müxtəlif çox sahələrdə mühüm rolları boynuna götürüb”.

  BMT büdcəsinə töhfələrini son illərdə mütəmadi olaraq artıran Türkiyənin bir tərəfdən də qitələrin və mədəniyyətlərin qovşağında yerləşən İstanbulu BMT mərkəzinə çevirmək üçün səy göstərdiklərini vurğulayan Ərdoğan bu barədə belə deyib: “Qədim tarixi, zəngin mədəni təcrübəsi, strateji mövqeyi və təbii gözəllikləri ilə İstanbul BMT-nin mərkəzi ola və təşkilatın missiyası və hədəflərinə çox qiymətli töhfələr verə bilər. Son illərin ən böyük misalı Türkiyənin Suriya və İraqda yaşanan insanlıq dramı qarşısında üç milyon qaçqına qonaqpərvərlik göstərməsi, himayə etməsi və qlobal vicdanın səsi olmasıdır”.



Әlaqәli Xәbәrlәr