Ədliyǝ naziri Bǝkir Bozdağ ABŞ-a yola düşdü

Ədliyǝ naziri Bəkir Bozdağ, Fǝtullahçi Terror Təşkilatı (fǝto)-nun quldurbaşı  Fətullah Gülənin Türkiyǝyǝ  ekstradisiyası üçün yeni  dǝlillǝrlǝ  bu gün ABŞ-na gedir.

596457
Ədliyǝ naziri Bǝkir Bozdağ ABŞ-a yola düşdü

Nazir Bozdağ,  ABŞ-na  sǝfǝri   çǝrçivǝsindǝ 26  Oktyabrda Türkiyə  vaxtıyla  saat  23.00dǝ ABŞ Ədliyyə naziri Loretta Lynch ilə görüşǝcǝk.

Bozdağa görüş  zamanı  hǝmkarına, terror təşkilatının quldurbaşı Gülənin ekstradisiyasına  dair ABŞ-a göndərilən 4 fayldan  ibarǝt  dǝlillǝr  haqqında məlumat verəcək. Hǝmin fayllar ilǝ  ǝlaqǝli istintaqlar çərçivəsində əldə edilən yeni məlumat və sənədləri tǝqdim edǝcǝk.

Xain  çevriliş  cǝhdini  törǝdǝn  Gülənin müvəqqəti həbs olunması ilǝ  ǝlaqǝli  tǝlǝbi,  Türkiyə ilə ABŞ arasındakı ekstradisiya ilǝ   ǝlaqǝli  müqavilə  olduğunu xatırladaraq gündǝmǝ  salacaq.

ABŞ-a  sǝfǝri  çǝrçivǝsindǝ    müxtəlif  tǝdbirǝ  dǝ   qatılacaq olan nazir Bozdağ, 27  oktyabrda siyasət, iqtisadiyyat və cəmiyyət araşdırmaları Vəqfi  tǝrǝfindǝn   Vaşinqtonda   tǝşkil edilǝcǝk “15 İyul çevriliş təşəbbüsü” mövzulu konfransında  çıxış edǝcǝk.  28  oktyabrda  isǝ  Anadolu Agentliyinin  çevriliş  cǝhdiylǝ  əlaqədar Türkiyənin Vaşinqton səfirliyində təşkil  edilǝcǝk  “Milli İradənin Yüksǝlişi Foto Sərgisi” nin açılış  mǝrasiminǝ qatılacaq. 

Nazir Bozdağı ABŞ-a sǝfǝri zamanı, TBMM Ədalət Komissiyasının rǝhbǝri Əhmet İyimaya, komissiya üzvləri, Ədalǝt vǝ İnkişaf Partiyası  Millət vəkili Haqqı Köylü, CHP millət vəkili Ömər Süha Aldan və MHP millət vəkili İsmail Faruk Aksu müşayiǝt edǝcǝk.

 



Әlaqәli Xәbәrlәr