“Son qərarı İraq rəhbərliyi təsdiq etməlidir”, A.Karter

Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Aşton Karter Ankarada Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və Müdafiə naziri Fikri İşıqla görüşüb.

594656
“Son qərarı İraq rəhbərliyi təsdiq etməlidir”, A.Karter

  Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Aşton Karter Ankarada Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və Müdafiə naziri Fikri İşıkla görüşüb. Sonra özüylə birlikdə gələn jurnalistlərə şərh verib. Aşton deyib: “Türkiyənin İraqın şimalındakı Mosulun terror təşkilatı DAEŞ-dən təmizlənməsində rol almaq istəməsinə son qərarı İraq rəhbərliyi verməlidir. Etdiyimiz danışıqlara görə əminəm ki, bu mövzuda bütün tərəflər həssaslığa diqqət göstərəcəklər... Türkiyənin bölgədə tarixi bir rolu var. Lazım gələrsə, həm Suriya, həm də İraqda DAEŞ-ə qarşı mübarizədə yaxından iştirak edəcək.”

  ABŞ-ın Müdafiə naziri Karter Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçulara qarşı 24 avqustda başladığı Fərat Qalxanı Hərəkatı və humanitar yardımlarla bağılı işlərini də təqdir edib.



Әlaqәli Xәbәrlәr