Prezidentlik sistemi təklifi Məclisə təqdim olunacaq

“Konstitusiya dəyişikliyi əskiklikləri düzəltmək üçündür”, B.Yıldırım

594827
Prezidentlik sistemi təklifi Məclisə təqdim olunacaq

  Türkiyənin Baş naziri Binəli Yıldırım prezidentlik üsuli-idarəsi təklifinin Ədalət və İnkişaf (AK) Partiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacağını söylədi.

  Yıldırım Afyonkarahisar Ticarət və Sənaye Odasında iş adamlarına xitabən çıxışında dedi: "İnanırıq ki, Məclis bu dəyişikliyi qəbul edəcək və millət də uyğun bildiyi şəkildə qərara səs verəcək."

  “Konstitusiya dəyişikliyi əskiklikləri düzəltmək üçündür”, - deyən Yıldırım onu da bildirib ki, "İcra ilə Məclisi daha da güclü hala gətirəcəyik. Və Türkiyədə artıq o saatdan sonra heç bir şəkildə parçalı iqtidar olmayacaq."



Әlaqәli Xәbәrlәr