Türkiyə qaçqın qəbulu razılaşmasını ləğv edə bilər

Rəsmi Ankara Avropa İttifaqına xəbərdarlıq edərək qaçqın qəbulu razılaşmasını ləğv edə biləcəyini açıqladı.

593672
Türkiyə qaçqın qəbulu razılaşmasını ləğv edə bilər

  Xəbərdarlıq Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş müşaviri Ömer Çelikdən gəldi. Avropa İttifaqında müraciət edən Çelik Türkiyə ilə sərbəst viza təminatının təcili tanınmasını və terror qanunu ilə əlaqədar maddədən imtina olunmasını istədi.

  Ö.Çelik “Reuters” xəbər agentliyinə etdiyi şərhdə xatırladıb ki, “Qeyri-qanuni yollarla gələn immiqrantların Yunanıstana keçməsini dayandırmaq qarşılığında Avropa İttifaqı mart ayında Türkiyə vətəndaşlarına sərbəst viza vəd etdi. Oktyabr ayı da gəldi, amma İttifaq Ankaraya terror qanununda dəyişiklik edilməsi üçün israrçı davranır. Ona görə Türkiyə qaçqın qəbulu razılaşmasını ləğv edə bilər."

   Ömər Çelik bunları da söylədi ki, “Türkiyə Terror Qanununda dəyişiklik etməyəcək. Bu, qəti bir qərardır. Bizi məcbur edərək sərbəst viza qarşılığında bunu bir mane olaraq qoysalar, tam anlayacağıq ki, verdikləri sözə əməl etmək istəmirlər. Biz də razılaşmanı rəsmi olaraq ləğv edəcəyik. Hələ ki dekabra qədər vaxt var.”

  Avropa İttifaqının vəd etdiyi maddi köməklə bağlı suala isə Ömər Çelik bu cavabı verib: "Bu pul bizə gəlmir. Qaçqın uşaqlara daha yaxşı təhsil və sağlamlıq xidməti üçün ona əhəmiyyət veririk."



Әlaqәli Xәbәrlәr