Türkiyənin Mosul əməliyyatında rolu

Günlərdir müzakirə edilən problemin cavabını Baş nazir Binəli Yıldırım dedi: "Türkiyənin döyüş təyyarələrinə zərurət yarandığı zaman əməliyyatın içində olacağıq onsuz da".

593665
Türkiyənin Mosul əməliyyatında rolu

  Ölkənin Milli Müdafiə naziri Fikri İşık da öz növbəsində: “Bu istiqamətdə koalisiya qüvvələrilə razılaşma əldə edildi və Türkiyə hava hərəkatı ilə əməliyyata qatılacaq”, - söylədi.

  Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyənin Mosul əməliyyatında koalisiya qüvvələri daxilində iştirak edəcəyini açıqladı və dedi: “Türkiyənin döyüş təyyarələri zərurət yarandığı zaman əməliyyatın içində olacaq. Koalisiya daxilində Türkiyənin iştirak etməsi üçün razılaşma onsuz da var."

  Mövzuyla bağlı Milli Müdafiə naziri Fikri İşık Türkiyənin Mosul əməliyyatına havadan dəstək verəcəyini bildirdi və bu sözləri dedi: "Türkiyə Mosul əməliyyatına qatılacaq. Bu, koalisiya qüvvələriylə olan razılaşmaya əsasən belədir”.

  Bu gün Mosul problemi Fransanın paytaxtı Parisdə müzakirə olunur. Mosul yığıncağında ev sahibi vəzifəsini İraq və Fransa icra edir. Avropa İttifaqı və Körfəz Ölkələri də daxil olmaqla 20 dövlət toplantıya nümayəndə heyəti göndərib, o cümlədən burada Türkiyə var.

  Milli Müdafiə naziri Fikri İşık deyib: "Bölgədə DAEŞ-in tamamilə təmizlənməsində Mosul Əməliyyatı mühüm əməliyyatdır. Burada Türkiyənin olması həm DAEŞ-in bölgədən təmizlənməsini sürətləndirəcək, həm də ərazinin terror təşkilatı sığınacağı olmasını əngəlləyəcək. Yəni bölgədə sabitlik olması üçün Türkiyənin təşəbbüskar rol alması mütləq öz təsirini göstərəcək".

  ABŞ Müdafiə naziri Aşton Karter da Fransadakı Mosul danışıqlarına qatılacaq. Türkiyədən başlayacağı rəsmi səfəri zamanı Birləşmiş Ərəb Əmirlikləri və Belçikadan sonra Fransaya keçəcək.



Әlaqәli Xәbәrlәr