Kurtulmuş TRT-yə danışdı

TRT Haber və TRT Spor Qurumunun rəhbəri Yaşar Taşkın Koçun proqramında qonaq olan Baş nazir müavini Numan Kurtulmuş Mosul əməliyyatıyla bağlı mühüm şərhlər etdi.

593653
Kurtulmuş TRT-yə danışdı

  Türkiyənin Baş nazir müavini Numan Kurtulmuş Mosul əməliyyatında İraqda bu günə qədər Türkiyə hərbçilərinə qarşı bir vəziyyətin olmadığını qeyd etdi, “Əks halda müdaxilədən çəkinməyəcəyik”, - dedi. Sonra belə davam etdi: "Mosulun bu günü bizi maraqlandırır. Şərtlər Türkiyənin bölgədə və masada olmasını tələb edir. Bölgənin kilid şəhərlərindən biri olan Mosulda Türkiyənin söz sahibi olmasından bəziləri narahatdır. Məsələ də elə budur”.

  TRT Haber-ə qonaq olan Kurtulmuş onu da bildirdi ki, “Türkiyə Mosulda terror və növbəti köç dalğası ilə prosesləri yaxından təqib edir”.

  İraqın Baş naziri Heydər İbadinin Türkiyə ilə bağlı sözlərinə gəlincə Kurtulmuş bunları söylədi: “Hörmətli İbadi danışdığı zaman kimin danışdığını bilirik. “Sözü deyən deyil, dedirdənə bax” deyiblər. Amma hər bir halda İbadinin sözləri həqiqəti əks etdirmir".



Әlaqәli Xәbәrlәr