“Sünni-şiə fitili yandırmaq istəyirlər”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “Terror təşkilatlarıyla yalnız beynəlxalq əməkdaşlığı artıraraq uğurlu nəticə əldə edə bilərik”, -dedi.

592355
“Sünni-şiə fitili yandırmaq istəyirlər”, R.T.Ərdoğan

  Ankara Cümhurbaşkanlığı İqamətgahında İslam Ölkələri Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin (İSİPAB) 36-cı İcra Komitəsinin Toplantısında iştirak edən Ərdoğan təşkil etdiyi ziyafət məclisində çıxış edib.

  İslam əleyhdarlığı problemlərinin birlik və bərabərlik nəticəsində keçiləcəyini söyləyən Ərdoğan deyib: “Daha çox çalışmaq, fitnələrə qarşı oyaq olmaq, müşavirə zəminlərini genişləndirməklə bütün mövzularda bir araya gələ bilməliyik… Afrikadan Orta Şərqə, Asiyadan Amerikaya qədər müsəlmanlar çox fərqli problemlərlə və sınaqlarla üz-üzə qalıb. Altı ildir bütün dünyanın gözü qarşısında Suriyanın başına barrel və misket bombaları, kimyəvi və ən müasir silahlar yağır. Suriyalılar böyük qəddarlığa məruz qalıb. İraq və Yəmən üzərindən sünni-şiə vətəndaş müharibəsi yaratmağa çalışırlar”.



Әlaqәli Xәbәrlәr