Diyarbәkirdә  bir kәnd mühafizәçisi şәhid oldu

Diyarbəkirdə separatçı terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn әmәliyyatdan qayıdan kәnd mühafizәçilәrini daşıyan mikroavtobusa terrorçuların  tәşkil edilәn  hücum nәticәsindә 1 kәnd mühafizәçisi şәhid oldu, 3-dә yaralandı.

592645

Terrorçular Licә  qәsәbәsinin yaxınlığındakı Tәpә mövqeyindә mikroavtobusa iri çaplı silahlarla hücum etdi.

Hadisә nәticәsindә kәnd mühafizәçilәri ilә terrorçular arasında qarşıdurma baş verdi. Açılan ilk atәş nәticәsindә 1  kәnd mühafizәçisi şәhid oldu, 3-ü dә yaralandı.

Yaralananlar Diyarbәkirdәki xәstәxanalara çatdırılıblar.

Terrorçuların saxlanılması üçün bölgәdә başlanılan әmәliyyat davam edir.

Әlaqәli Xәbәrlәr