Kazanın adı Kahramankazan olacaq

Türkiyənin Ədalət və İnkişaf Partiyası - AK Partiya 15 iyulun Demokratiya və Azadlıqlar Günü olaraq tətil edilməsinə dair qanun təklifini Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinə təqdim edib.

589969
Kazanın adı Kahramankazan olacaq

  AK Partiyanın sədri və Baş nazir Binəli Yıldırım və AK Partiyalı 100-dən çox millət vəkilinin imzaladığı qanun təklifində Ankaranın Kazan qəsəbəsinin adının Kahramankazan olaraq dəyişdirilməsi, milli və ümumi bayramlar haqqında Qanuna 15 iyul çevriliş cəhdi gününün də əlavə olunması nəzərdə tutulur.

  Döyüş təyyarələri və vertolyotların səfərbər olunduğu, Akıncı Hava Bazasının yerəşdiyi Ankaranın Kazan qəsəbəsi vətəndaş müqavimətini ortaya qoyduğu üçün Kazanın adının Kahramankazan olaraq dəyişdirilməsi təklif olunub.



Әlaqәli Xәbәrlәr