İsveçdə ləğv edilən 15 İyul paneli bərpa olundu

İsveçdə keçiriləcək "15 iyul qanlı çevriliş cəhdinin pərdəarxası paneli” bəzi isveçli millət vəkilləri tərəfindən ləğv ediləcəkdi.

589962
İsveçdə ləğv edilən 15 İyul paneli bərpa olundu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun isveçli həmkarı Marqot Vallströmlə 3 dəfə telefonla danışması nəticəsində panelin keçirilməsi məsələsi yoluna düşdü.

  Telefon danışıqlarında Vallströmü mövzuyla bağlı ətraflı məlumatlandıran Çavuşoğlu daha sonra ləğv qərarının Türkiyə baxımından qəbuledilməz olduğunu bildirib. Wallström də bu qərarı panelin ediləcəyi məktəbin verdiyini, İsveç hökumətiylə əlaqədar olmadığını, amma panelin istənilən zaman keçirilə  biləcəyini söyləyib.

  Bundan sonra paneli təşkil edən Avropa Türk Demokratlar Birliyinin (UETD) İsveç polisinə müraciəti nəticəsində panelin bu gün keçirilməsinə dair icazə alınıb.

  Mövlud Çavuşoğlu mövzuyla bağlı Türkiyənin bir xəbər kanalına verdiyi məlumatda söyləyib: “Hər zaman "toplaşmaq azadlığı" və "media azadlığı" kimi məsələlərdə Türkiyə və digər ölkələrə dərs verməyə çalışan ölkələrin bu cür toplantıları əngəlləməsi ziddiyyət və ikili standartların göstəricisi olur”.  



Әlaqәli Xәbәrlәr