Şǝmdinrli vǝ Başkalǝ rayonlarında partlayış törǝdilib

Terror tǝşkilatı PKK-nın xain hücumu nǝticǝsindǝ 12 ǝsgǝr yaralanıb

589558
Şǝmdinrli vǝ Başkalǝ rayonlarında partlayış törǝdilib

Hakkari  vilayǝtinin  Şǝmdinli  vǝ  Van  şǝhǝrinin Başkalǝ  rayonlarında  terror  tǝşkilatı  PKK-nın   törətdiyi partlayışlar nəticəsində 12 hərbçi yaralanıb.

Yola yerləşdirilmiş partlayıcı mexanizm hərbi avtomobil keçərkən işə salınıb. Yaralı hərbçilərdən ikisinin vəziyyəti ağırdır. Onlar Van  şǝhǝrindǝ  dövlǝt  xǝstǝxanasında yerlǝşdiriliblǝr. Hadisǝdǝn  sonra  ǝrazidə helikopterlərin iştirakı ilə əməliyyat başlayıb.

Qeyd  edǝk ki, Türk Silahlı Qüvvətlərinin  son bir həftədə Diyarbəkir, Mardin və Bitlisdǝ hǝyata  keçirdiyi  əməliyyatlarda  bomba yüklü 9  avtomobil məhv  edilib. Tonlarla bomba ǝlǝ  keçirilib. 



Әlaqәli Xәbәrlәr