Prezidenti Ərdoğan ankaralıları tǝbrik edib

Milli mübarizənin davma etdiyi illǝrdǝ canları bahasına vətən və bayrağını müdafiǝ edǝn Ankaralılar, (feto / PDY)-nin 15 iyul çevriliş cəhdi gecəsi də xainlǝrǝ eyni qətiyyətlə cavab verdi. Bunu prezident Ərdoğan deyib.

588976
Prezidenti Ərdoğan ankaralıları tǝbrik edib

Prezidentin mǝtbuat xidmǝtindǝn verilǝn mǝlumata görǝ prezident Ərdoğan, Ankaranın paytaxt olmasının il dönümü səbəbindən verdiyi mesajında: “İstiqlal müharibǝsinin qərargahı, milli mübarizəyə istiqamət verən təşkilatların mərkəzi Ankara, demokratiyamızın və millətimizin gələcəyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Müstəqillik və azadlıq yolunda əzm və qətiyyətlə davam etdirilən Qurtuluş Döyüşü zəfərə nail olduqdan sonra Türkiyə Böyük Millət Məclisi,Ankaranı paytaxt elan edərək, Ankara və Ankaralılara böyük bir qürur yaşatdı. Respublikanın yaranmasıyla Türkiyənin hər sahədə inkişafı mǝqsǝdiylǝ atılan addımların mərkəzi  olan Ankara, paytaxt şǝhǝr olmaqla yanaşı Türkiyənin ən əhəmiyyətli şəhərlərindən biri mövqeyinǝ qovuşdu. Milli mübarizəmiz boyunca heç bir fədakarlıqdan güzǝştǝ getmǝyǝrǝk canı bahasına vətən və bayrağına yiyǝlǝnǝn Ankaralılar, 15 İyulda da eyni fǝdakarlığı sǝrgilǝyǝrǝk xainlǝrǝ lazımlı cavabı verdilǝr. Bu vəsiləylə, xain çevriliş cǝhdinin qarşısının alınmasında cǝsarǝt vǝ güclǝrini ortaya qoyan Ankaralı vətəndaşlarımıza, millətim adından bir dəfə daha təşəkkürlǝrimi bildirir, Qazi Mustafa Kamal və silahdaşlarını, bütün şəhid və qazilerimizi hörmətlǝ yad edirǝm. Ankaranın paytaxt elan edilməsinin il dönümünü tǝbrik edirǝm. Bu mənalı gündə vətəndaşlarımızı salamlayıram” deyǝ prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr