Qurcaladığı əşya uşağın əlində partladı

Türkiyənin Hakkari rayonunun Yüksekova qəsəbəsində uşaqların boş ərazidə tapdığı cisimin əldə partlaması nəticəsində bir uşaq həyatını itirib, 2-i də yaralanıb.

587581
Qurcaladığı əşya uşağın əlində partladı

  Qəsəbədə terror hücumları nəticəsində ziyan görən və sökülməkdə olan bir ibtidai məktəb yaxınlığındakı boş sahədə oynayan uşaq bir əşya tapıb. Onu qurcaladığı zaman əlində partlayıb, 2-i ağır olmaqla 3 uşaq yaralanıb.

  Yaralı uşaqlar Yüksekova Dövlət Xəstəxanasına aparılıb. Partlayışda ağır yaralanan 11 yaşlı Umut Ayvalıkın, bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Ağır yaralanan digər uşaq Hakan Ayvalık isə Van xəstəxanasına sövq edilib.

  Polis qrupları partlayışın olduğu sahədə araşdırma aparıb. Hadisə ilə əlaqədar istintaq başlanılıb.



Әlaqәli Xәbәrlәr