Məclis Fövqəladə Vəziyyətin yenə 3 ay uzadılmasına qərar verdi

Qərara görə, Fövqəladə Vəziyyət 19 oktyabr 2016-cı il çərşənbə günü saat 01.00-dən etibarən əlavə 3 ay uzadılmış olub.

587586
Məclis Fövqəladə Vəziyyətin yenə 3 ay uzadılmasına qərar verdi

  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul çevriliş cəhdindən sonra elan edilən Fövqəladə Vəziyyətin (OHAL) yenə 3 ay uzadılması Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

  Qərara görə, Fövqəladə Vəziyyət 19 oktyabr 2016-cı il çərşənbə günü saat 01.00-dən etibarən əlavə 3 ay uzadılmış olub.

  Fövqəladə Vəziyyətin uzadılmasıyla laqədar Ədalət və İnkişaf Partiyası – Ak Partiya və Milliyyətçi Hərəkət Partiyası – MHP lehinə, Cümhuriyyət Xalq Partiyası – CHP və Xalqların Demokratik Partiyası – HDP isə əleyhinə səs veriblər.

  Hökumət adından danışan Ədliyyə naziri Bəkir Bozdağ Fövqəladə Vəziyyətin sadə vətəndaşın həyatında xüsusi rol oynamadığını, ümumiyyətlə isə bunun xalqa deyil, dövlətə görə elan edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr