“Əhli-beytin bütün üzvlərini, xüsusən, şəhid Həzrəti Hüseyni hörmət və rəhmətlə yad edirəm''

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin şiə dərnək və cəmiyyətlərinin nümayəndələri ilə Məhərrəm iftarında bir araya gəldi.

587572
“Əhli-beytin bütün üzvlərini, xüsusən, şəhid Həzrəti Hüseyni hörmət və rəhmətlə yad edirəm''

  Ankarada Cumhurbaşkanlığı İqamətgahında verilən iftar davam etdiyi zaman Ərdoğan rəsmi “Twitter” hesabından Məhərrəmliklə bağlı mesaj paylaşdı. Dövlət başçısı mesajda deyir: ''Məhərrəm ayının millətimiz və bütün İslam aləmi üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Əhli-beytin bütün üzvlərini, xüsusən, şəhid Həzrəti Hüseyni hörmətlə və rəhmətlə yad edirəm''.

  Mətbuata bağlı reallaşan Məhərrəm iftarında Baş nazir Binəli Yıldırımla yanaşı Diyanət İşləri sədri Mehmet Görmez də iştirak edib.



Әlaqәli Xәbәrlәr