Baş nazir Binali Yıldırım Sputnikǝ müsahibǝ verib

30 ildir, Türkiyənin canını yaxan terror təşkilatı PKK-nın yuvasına çevrilǝn İraq rəhbərliyi bu xain təşkilata qarşı heç bir tǝdbir görmür. Bunu Baş nazir Binali Yıldırım deyib.

587381
Baş nazir Binali Yıldırım Sputnikǝ müsahibǝ verib

Baş nazir Binali Yıldırım, Rus xəbər agentliyi Sputnikǝ verdiyi müsahibǝdǝ İraqdakı Başika düşǝrgǝsindǝ Türkiyǝnin hərbi qüvvǝ yerlǝşdirmǝsinǝ reaksiya verǝn Bağdad rəhbərliyini pislǝyib. Ölkǝ rǝsmilǝrinin PKK mǝnsubu quldurların İraq ǝrazilǝrindǝ gizlǝnmǝlǝrinǝ biganǝ qaldıqlarını vurğulayıb.

Terror tǝşkilatı DEAŞ-ı Mosuldan tǝmizlǝmǝk üçün İraq rǝhbǝrliyinin Amerika Birləşmiş Ştatları və digǝr hǝrbi qüvvǝlǝr ilǝ birgǝ ǝmǝlyyat başlatmağı planlaşdırdığını xatırladan Yıldırım, Türkiyǝnin buna etirazının olmadığını, yalnız Mosulun demoqrafik quruluşunun qorunmasını, ǝməliyyatın mǝqsǝdinin məzhəb probleminin yaranmasına imkan vermǝmǝk olmasını istǝdiyini qeyd edib.

Suriyada isǝ mürǝkkǝb vǝziyyǝtin hökm sürdüyünü ifadǝ edǝn Yıldırım: “xüsusilə ABŞ-da 8 Noyabrda keçirilmǝsi nǝzǝrdǝ tutan prezident seçkiləri səbəbindən yaranan namüǝyyǝnlik bölgədə mənfi proseslǝrin cǝrǝyan etmǝsinǝ zǝmin hazırlayır. Rusiya ilə ABŞ arasındakı fikir fǝrqliliklǝri dǝ mövcud vǝziyyǝti hǝr ötǝn gün daha da pislǝşdirir. Türkiyənin bu prosesdǝ ǝsas misyası isǝ Rusiyanı, ABŞ-ı, İranı və hətta Səudiyyə Ərəbistanını bir bir araya gǝtirmǝk, bölgədə axan qanı dayandırmaq və mǝsum insanların ölmǝsinin qarşısını almaqdır. PYD və YPG-nin, PKK-nın Türkiyə xaricindəki qruplaşması olduqları aşkardır. Baxmayaraq, ABŞ, DEAŞ-a qarşı mübarizǝ üçün bu iki terror qruplaşması ilǝ ǝmǝkdaşlıq edir. Bu qǝbul edilmǝzdir. ABŞ-na bu barǝdǝki fikirlǝrimizi vǝ Türkiyǝnin bunu qǝbul etmǝsinin geyri mümkün olduğunu dǝfǝlǝrlǝ bildirdik. Bir terror qruplaşması ilǝ ǝmǝkdaşlıq edǝrǝk başqa bir qruplaşmanı mǝhv etmǝk olmaz. Bu sǝhv vǝ imtina edilǝsi siyasǝtdir. ABŞ-Rusiya rǝqabǝtindǝn ǝl çǝkilib, insanların canı və gələcəyinin ǝhǝmiyyǝtinin idrakı ilǝ addım atılmalıdır. Türkiyə bütün maraqlı tərəflərǝ bunu təlqin edir. Bizǝ görǝ güc yarışından imtina edib, problemin hǝllinǝ istiqamǝtlǝnmǝk zǝruridir”.

Hǝlǝbdǝki vəziyyətǝ dǝ toxunan Baş nazir Yıldırım, şəhərdə on minlərlə mǝsum insanın ölümlǝ pǝncǝlǝşdiklǝrini, qida ilǝ tǝmin ola bilmǝdiklǝrini qeyd edib. O, Rusiya ilə əlaqələrin normallaşma prosesinǝ daxil olduğunu vǝ sürǝtlǝ yaxşılaşdığını, Ərdoğan və Putinin qarşılıqlı ziyarətlərindǝn sonra özünün də Rusiya Baş naziri Dmitri Medvedev ilə bir araya gǝlǝrǝk iki ölkə arasında qarşılıqlı investisiya, ticarət, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi mövzuları hərtərəfli müzakirǝ edǝcǝklǝrini bildirib.

Baş nazir Yıldırım, turizm mövzusu ilǝ ǝlaqǝli ünvanlanan suala cavab olaraq: Rusiya ölkǝmizi ziyarǝt edǝcǝk turist sayının artması üçün lazımlı tǝdbirlǝr görǝcǝyini bildirib. Yaxın Şərq coğrafiyasından gǝlǝnlǝrin sayında da böyük bir artım olacaq. Yǝni bölgədə müstǝsna bir hadisǝ ilǝ qarşılaşmasaq, 2017dǝ vǝziyyǝt 2016dan daha yaxşı olacaq.

Fǝtullahçı Terror Təşkilatı (fǝto) mövzusunda ölkələrin sǝrgilǝdiklǝri rəftar ilǝ ǝlaqǝli suala isǝ: Rǝsmi Moskva mövzu ilǝ ǝlaqǝli lazımlı tǝdbirlǝri hǝyata keçirib. ABŞ-nın rǝftarı da ilk gündǝn daha fǝrqlidir. onlar da məsələnin tǝxmin edilǝndǝn daha dərin olduğunu idrak etmǝyǝ başlayıblar. Quldurbaşı Gülǝnin qaytarılmasına dair lazımlı hüquqi infrastruktur yaradıldı. Sənədlər, məlumatlar göndərildi. Müvəqqəti həbs olunması və qaytarılmasına dair tələbimizi rǝsmi olaraq bildirdik,bu  tǝlǝblǝrimizǝ  verilǝcǝk   cavabı,   atılacaq  addımı   gözlǝyirik.



Әlaqәli Xәbәrlәr