Mövlud Çavuşoğlu ‘‘Sputnik’’ xәbәr agentliyinә müsahibә verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın ‘‘Sputnik’’ xəbər agentliyinə  müsahibə verib.

585580
Mövlud Çavuşoğlu  ‘‘Sputnik’’ xәbәr agentliyinә müsahibә verdi

Mövlud Çavuşoğlu Türkiyə və Rusiyanın  hər mövzuda həmfikir olmaya biləcəyini ifadə edərək: ‘‘Həmfikir olmadığımız məsələlərdə belə aramızdakı dialoqun yaxşı davam etməsi lazımdır.  Rusiya prezidenti  V.Putin və  dövlət başçımız Rəcəb Tayyib  Ərdoğanın ortaya qoyduğu iradə də budur " deyə qeyd edib.

  Mövlud Çavuşoğlu   Rusiya prezidenti  V. Putinin  oktyabrın 10-da Türkiyəyə edəcəyi  səfərinin Türkiyə və Rusiya arasındakı siyasi və iqtisadi münasibətlərin gələcək inkişafı baxımından  qarşılıqlı anlaşmanın  təzahürü olduğunu bildirərək: ‘‘Keçmiş günlərə qayıdaraq  həmdə irəliyə  gedəcəyik’’ deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr