B.Yıldırım: ‘‘Türkiyә terror tәşkilatlarına qarşı mübarizәsini qәtiyyәtlә davam etdirir’’

Türkiyənin  Baş naziri  Binəli  Yıldırım  ‘‘Fərat Qalxanı’’ başda olmaqla  aparılan  bütün əməliyyatların yeganə məqsədinin terror bəlasından xilas olmaq olduğunu dedi.

585579
B.Yıldırım: ‘‘Türkiyә terror tәşkilatlarına qarşı mübarizәsini qәtiyyәtlә davam etdirir’’

Baş nazir  ölkə daxilində   PKK ilə  xaricində  isə  DEAŞ, YPG, PYD terror  təşkilatları ilə Türkiyə  qətiyyətlə mübarizəsini davam etdirir  dedi.

Binəli Yıldırım həmçinin  ‘‘Fərat Qalxanı’’  əməliyyatının da davam edəcəyini qeyd edərək: ‘‘Bizim üçün əsas olan Türkiyənin təhlükəsizliyi, birliyi, bərarbərliyidir millətin əmin-amanlığıdır’’ deyə söylədi.

Tuzla Tərsanəsində  TCG YZB ‘‘Güngör Durmuş’’ adlı  gəminin dənizə endirilməsi mərasimində  çıxış edən Baş nazir Fətullahçı Terror Təşkilatının  (FETÖ/PDY) 15 iyulda həyata keçirdiyi çevriliş cəhdinə toxunaraq: ‘‘Millətimiz  terrorçularla  vətəninə, millətinə və bayrağına sahib çıxan  vətənpərvər əsgərlərimizi  qısa zamanda  bir-birindən ayırdı’’ deyə qeyd etdi.



Әlaqәli Xәbәrlәr