Türkiyə Kök Hüceyrə Koordinasiya Mərkəzi xarici xəstələrin də ümid yeri oldu

TÜRKÖK  aprel ayında Dünya Sümük İliyi Bankına üzv oldu.  O vaxtdan etibarən 54 xəstə üçün müraciət edilib.

584738
Türkiyə Kök Hüceyrə Koordinasiya Mərkəzi xarici xəstələrin də ümid yeri oldu

Türkiyədə təxminən 160 insanın nəql yolu ilə həyatını xilas edən Türkiyə Kök Hüceyrə Koordinasiya Mərkəzi (TÜRKÖK) xarici ölkələrdəki xəstələrin də ümid yeri oldu.
 
 Hindistanda immunçatışmazlığı xəstəliyindən əziyyət çəkən 2 yaşlı oğlana ilik tapmaq üçün 57 ölkədən 22 milyon donorun iliyi yoxlanıldı.
 
 Uyğun ilik dünya Sümük İliyi Bankının üzvü olan Türkiyədə Sakaryada tapıldı.
 
  Avqustun 4-də Hindistanda uşağa ilik transplantasiyası əməliyyatı keçirildi.
 
 Beləliklə, TÜRKÖK 2 yaşlı hindistanlı uşağın həyatının xilası üçün vəsilə oldu.
 
 İkinci donor iliyi isə İzmirdən Belçikaya göndərildi
 
 Avqustun 18-də ilik transplantasiyası əməliyyatı olunan lenfoma xəstəsi 58 yaşlı belçikalının səhhəti yaxşılaşdı.
 
TÜRKÖK sümük iliyi bankında 165 min donor iliyi vardır.
 
 TÜRKÖK  aprel ayında Dünya Sümük İliyi Bankına üzv oldu.  O vaxtdan etibarən 54 xəstə üçün müraciət edilib.
 
 Yunanıstan, Almaniya, Amerika Birləşmiş Ştatları və Avstraliya kimi ölkələrdə 40 xəstəyə uyğun donor  müəyyənləşdirilib.
 
 Bu ölkələrə Türkiyədən müsbət cavab verilməsi halında 40 xəstə də həyatını yenidən qazanacaq. 



Әlaqәli Xәbәrlәr