İstanbulda partlayış oldu

İstanbulun Bahçelievler qəsəbəsindəki 75-ci Bölmə Polis Mərkəzinə təşkil edilən bombalı hücumda 10 adam yaralanıb.

584404
İstanbulda partlayış oldu

  Vali Vasip Şahin hadisə yerindəki araşdırmalardan sonra etdiyi şərhdə hücumun bombalı motosikletlə edildiyini bildirib: "Bahçelievler qəsəbəsi Fatih prospektində bombalı motosikletin partladılması nəticəsində 10 vətəndaşımız yaralanmışdır."

  Partlayışdan sonra ətrafdakı maşın və binalar zərərə uğrayıb. Xilasetmə və təcili yardım qrupları hadisə yerinə sövq edilib.

  Hadisə bölgəsi təhlükəsizlik lentləri ilə çevrilənib və daxil çıxışlar bağlanılıb.

  Bu arada, polis şübhəli görünən motosikletlə iki adamı apararaq istintaqa cəlb edib.

  Hadisə yerinə araşdırma qrupları göndərilib.



Әlaqәli Xәbәrlәr