Çeşmədən Yunanıstana keçmək istəyən qaçaqlar yaxalandı

İzmir Sahil Təhlükəsizlik dəstələri dənizə çıxan 3 rezin qayığı saxladılar.

584243
Çeşmədən Yunanıstana keçmək istəyən qaçaqlar yaxalandı

İzmirin Çeşmə qəsəbəsindən katerlərlə Yunanıstana keçməyə cəhd göstərən əcnəbi əsilli 132 nəfər yaxalandı.
 
 Sahil Təhlükəsizlik dəstələri bu insanların dənizə çıxdığı 3 rezin qayığı saxladılar.
 
 Qayıqlarda olan 132 əcnəbi əsilli və 2 Türkiyə vətəndaşı Sahil Təhlükəsizlik Xidmətinin katerlərinə mindirilərək Bulaq Limanına aparıldılar.
 
 Aralarında qadın və uşaqların da olduğu əcnəbilər  Miqrasiya İdarəsinə  təhvil verildilər.
 
 Yaxalanan 2 Türkiyə vətəndaşı isə qeyri-qanuni miqrasiyaya vasitəçilik  iddiası ilə saxlanıldılar.
 
 İzmir - Bulaq magistral yolunda dayandırılan bir yük maşınında da 44 xarici vətəndaş yaxalandı.



Әlaqәli Xәbәrlәr