Terror təşkilatı PKK-ya qarşı әmliyyatlar davam edir

Faraşin bölgəsində isə terror təşkilatı PKK-ya ağır zərbələr endirildi.

581318
Terror təşkilatı PKK-ya qarşı әmliyyatlar davam edir

Türkiyənin  Van, Hakkari, Şırnak və Qars şəhərlərində həyata keçirilən əməliyyatlar nəticəsində  25 terrorçu məhv edildi. Faraşin bölgəsində isə terror təşkilatı PKK-ya ağır zərbələr endirildi.

İncenel dağında təsbit edilən terrorçular  silahlı pilotsuz uçan aparatdan atəşə tutuldu.

Əməliyyat nəticəsində 8 terrorçu məhv edildi.

Şırnakı Beytuşebab qəsəbəsində təhlükəsizlik qüvvələri ilə PKK-lı terrorçular arasında baş verən qarşıdurma nəticəsində 9 terrorçu zərərsizləşdirildi.

Şırnakda terrorçular tərəfindən minalanmış iki  avtomobil  zərəsizləşdirildi , həmçinin  terrorçulara aid çox sayda silah-sursat və böyük miqdarda narkotik əkə keçirildi.

Hakkarinin Çukurca  qəsəbəsində də hücum etməyə hazırlaşan 4 terrorçu məhv edildi.

Təhlükəsizlik qüvvələri Karsın Kazıman bölgəsində  4 terrorçunu  zərərsizləşdirdi.

Diyarbəkirin  Diclə və Hani  qəsəbələrində  isə  PKK-lı terrorçulara qarşı əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr