“Krım tatarlarına dǝstǝyimiz davam edǝcǝk”

Türkiyə, təzyiqǝ mǝruz Krım tatarlarına  dǝstǝyini  davam  etdirǝcǝyini  bildirib.

581875
“Krım tatarlarına dǝstǝyimiz davam edǝcǝk”

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç, Rusiyanın Krım Tatar Milli Məclisinin fəaliyyətlərinin qadağan edilməsini  nǝzǝrdǝ  tutan  qǝrarın tǝsdiqinǝ  dair  verdiyi  açıqlamada : “Soydaş Krım Tatar xalqının qanuni təmsil orqanı Krım Tatar Milli Məclisinin fəaliyyəti, Krımdakı  mövcud  idarəyǝ  mǝnsub məhkəmə tərəfindən 26 Aprel 2016 tarixində qadağan edilmiş, buna  dair  reaksiyalar rəsmi   açıqlama  ilǝ  verilmişdir. Rusiya Federasiyası Ali Məhkəməsinin etirazlara  görǝ  mǝsǝlǝni qiymətləndirdikdǝn sonra qadağa qərarını tǝsdiq etmǝsi təəssüflə qarşılanmışdır. Qanuni tələblərini hər zaman demokratik və sülh pirinsiplǝri   çǝrçivǝsindǝ ortaya qoyan, dinc, təhlükəsizlik  atmosferdǝ  yaşamaqdan başqa məqsədləri olmayan Krım Tatarlarının, kütləvi olaraq cəzalandırıldıqlarını  göz önünǝ  sǝrǝn vǝ  belǝcǝ təzyiq altına yaşamağa  mǝhkum edilmǝlǝri   qǝbul  edilmǝzdir. Belǝ   ağır  tǝzyiqlǝrǝ  mǝruz qalan Krım Tatarlarına  dǝstǝyimiz davam  edǝcǝk” deyǝ  vurğulayıb.   



Әlaqәli Xәbәrlәr