Türkiyə Böyük Millət Məclisinin qanunvericilik işlərində ilk iclas sabah keçiriləcək

Avqustun 20-də tətil edilən Türkiyə Böyük Millət Məclisi (TBMM) 26-cı Dövr İkinci Qanunvericilik işləri sabah başlayır.

580242
Türkiyə Böyük Millət Məclisinin qanunvericilik işlərində ilk iclas sabah keçiriləcək

Türkiyə Böyük Millət Məclisinin qanunvericilik işlərində ilk iclas sabah keçiriləcək.

Avqustun 20-də tətil edilən Türkiyə Böyük Millət Məclisi (TBMM) 26-cı Dövr İkinci Qanunvericilik işləri sabah başlayır.

TBMM Konstitusiya və Məclis daxili nizamnaməsinə əsasən sabah yerli saatla 15.00-da iclas təşkil ediləcək.

26-cı Dövr İkinci Qanunvericilik işlərinin açılış proqramı saat 14.00-da Anıtqəbirdə keçiriləcək mərasimlə start alacaq.

İclas saat 15.00-da Məclis sədri İsmayıl Kahramanın başçılığında təşkil ediləcək.

Kahramanın çıxışından sonra dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qanunvericilik ilinin açıldığına dair çıxış edəcək.  

İclasa Ərdoğanın çıxışından sonra fasilə veriləcək.

Əsaslara uyğun olaraq iclasdan sonra Məclis bir günlük fəaliyyətlərini sona çatdırır, ancaq sabah iclas davam edəcək və İraq ilə Suriya məsələsinə dair sənədlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr