6 terrorçu zərərsizləşdirilib

PKK üzvü quldurlar tərəfindən yola yerləşdirilən bombanın partlaması nəticəsində bir kənd mühafizəçisi şəhid olub, 2 əsgər yaralanıb.

580135
6 terrorçu zərərsizləşdirilib

Şırnak-Cizrə yolunda hərbi avtomobil hərəkətdə olan zaman terror təşkilatı PKK üzvü quldurlar tərəfindən yola yerləşdirilən bombanın partlaması nəticəsində bir kənd mühafizəçisi şəhid olub, 2 əsgər yaralanıb.

Ordu vilayətində isə terror təşkilatı PKK-ya yönəldilmiş əməliyyatda 6 terrorçu zərərsizləşdirilib.

Vali İrfan Balkanlıoğlu bildirib ki, terrorçular təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına atəşlə cavab veriblər. Bunun nəticəsində yaranan atışmada 6 terrorçu zərərsizləşdirilib. Bunların 31 iyulda Məsudiyyə qəsəbəsində 3 əsgərimizi şəhid edən qrupa daxil olduqları güman edilir.



Әlaqәli Xәbәrlәr