B.Bozdağ: ''ABŞ Gülən ilə bağlı qərarını 1-2 gün ərzində açıqlayacaq''

Türkiyənin Әdliyyə naziri Bəkir Bozdağ  ABŞ-ın Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin müvəqqəti həbs edilməsi  ilə əlaqədar qərarlarını  1-2 gün ərzində açıqlayacaqlarını deyib.

578704
B.Bozdağ: ''ABŞ Gülən ilə bağlı qərarını 1-2 gün ərzində açıqlayacaq''

Әdliyyə naziri Bəkir Bozdağ  ABŞ-ın Fətullah Gülənin müvəqqəti həbs edilməsi  ilə əlaqədar qərarlarını  1-2 gün ərzində açıqlayacaqlarını deyib. 

B.Bozdağ  Türkiyədə iyulun 15-də hәyata keçirilәn dövlət çevrilişi cəhdindən sonra ötən dövr ərzində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar 70 min insan haqqında araşdırma aparılıb, 32 min civarında insanın  həbs edildiyini bildirib.

Özəl televiziya kanalına  müsahibə  verən  Türkiyənin Әdliyyə naziri Bəkir Bozdağ  yeni həbslərin ola biləcəyini, saxlanılmış bəzi şəxslərin isə sərbəst buraxıla biləcəyini deyib. 

Әdliyyə naziri Bəkir Bozdağ  ABŞ-da  keçirdiyi ikitərəfli görüşləri çərçivəsində  FETÖ başçısının ekstradisiya edilməsi üçün ABŞ vitse-prezidenti Co Baydenin  konkret dəlillərin  təqdim olunmağa başladığını söylədiyini  bildirib. B.Bozdağ həmin dəlillərlə bağlı qərarlarını 1-2 gün ərzində açıqlayacaqlarını deyib.



Әlaqәli Xәbәrlәr