Axtarış əməliyyatı zamanı əsgər şəhid oldu

Türkiyənin Diyarbəkir şəhərinin Lice qəsəbəsində PKK-lı terrorçulara qarşı əməliyyatda bir əsgər şəhid olub, digəri yaralanıb.

576199
Axtarış əməliyyatı zamanı əsgər şəhid oldu

  Terror təşkilatı PKK-ya istiqamətli əməliyyatla əlaqədar Lice qəsəbəsinə bağlı Çavundur kəndində axtarış aparan təhlükəsizlik qüvvələrilə terrorçular arasında qarşıdurma yaranıb.

  Qarşıdurmada bir əsgər şəhid olub, digəri yaralanıb, bir terrorçu isə zərərsizləşdirilib.

  Terror təşkilatı PKK-ya qarşı Lice, Hazro və Kocaköy rayonlarında başlanan əməliyyat davam edir.



Әlaqәli Xәbәrlәr