M.Çavuşoğlu Nyu-Yorkda ikitərəfəli görüşlərini də davam etdirir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT Baş Məclisinin 71-ci toplantısı çərçivəsində regional və  ikitərəfli görüşlərini də davam etdirir.

575397
M.Çavuşoğlu Nyu-Yorkda ikitərəfəli görüşlərini də davam etdirir

Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT Baş Məclisinin 71-ci toplantısı çərçivəsində regional və  ikitərəfli görüşlərini də davam etdirir.

Çavuşoğlunun iştirakı ilə baş tutan Türkiyə-Bosniya və Herseqovina-Xorvatiya və Türkiyə-Bosniya və Herseqovina-Serbiya üçtərəfli xarici işlər nazirləri iclaslarında ortaq gündəmdəki mövzular müzakirə olunub.

Miqrant və qaçqınlar mövzulu Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyanın iştirakından təşkil tapan “MİKTA xarici işlər nazirləri toplantısı”nda isə əməkdaşlıq və məsuliyyətin bölüşülməsi məsələsinin daşıdığı əhəmiyyət vurğulanıb.

Çavuşoğlu və argentinalı həmkarı Susana Mabel Malkorra arasındakı görüşdə isə ölkələr arasındakı əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin daşıdığı əhəmiyyət dilə gətirilib.

Nazir Çavuşoğlu, Efiopiya Xarici İşlər naziri Tedros Adhanom Ghebreyesus ilə də bir araya gəlib. İki nazir ölkələr arasındakı ticarət həcminin 1 milyard dollara çıxarılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Fətullahçı Terror Təşkilatının təhdidinin hansı səviyyədə olduğu məsələsi də müzakirə edilib.

Çavuşoğlu-Gürcüstan Xarici İşlər naziri Mixail Yanelidze görüşündə isə ikitərəfli iqtisadiyyat, təhlükəsizlik və siyasi əməkdaşlıq mövzuları müzakirə edilib.



Әlaqәli Xәbәrlәr