Hakkaridә 6 terrorçu zәrәrsizlәşdirilib

Türk Silahlı  Qüvvәlәrinin Hakkarinin  Yüksekova  qәsәbәsindә  PKK terrorçularına qarşı  apardıqları әmәliyyat nәticәsindә 6 terrorçu zәrәrsizlәşdirilib.

574949
Hakkaridә 6 terrorçu zәrәrsizlәşdirilib

Türk Silahlı  Qüvvәlәrinin Hakkarinin  Yüksekova  qәsәbәsindә  PKK terrorçularına qarşı  apardıqları әmәliyyat nәticәsindә 6 terrorçu zәrәrsizlәşdirilib.

Türk Silahlı Qüvvәlәrinin Baş Qәrarqahından verilәn mәlumata görә,  bu gün sәhәr saatlarında Yüksekovanın Buzul Dağları bölgәsindә  bir silahlı pilotsuz uçuş aparatı 6 terrorçunu tәsbit edib.

 Mәlumatda  әmәliyyat nәticәsindә terrorçuların zәrәrsizlәşdirildiyi vә silah-sursat ambarlarının mәhv edildiyi bildirilir.

 Hakkaridә avqustun 4-dәn etibarәn terror tәşkilatına qarşı keçirilәn әmәliyyatlarda 307 terrorçunun zәrәrsizlәşdirildiyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr