Muğla şəhərinin Ukraynadan gələn qonaqları

30 uşaq bir səyahət şirkətinin həyata keçirdiyi bir sosial məsuliyyət layihəsi çərçivəsində Türkiyənin Muğla şəhərinə gəlib.

573835
Muğla şəhərinin Ukraynadan gələn qonaqları

Ukraynada yetimxanalarda yaşayan kimsəsiz 30 uşaq bir səyahət şirkətinin həyata keçirdiyi “Uşaqlara Dünyanı aç” adlı sosial məsuliyyət layihəsi çərçivəsində Türkiyənin Muğla şəhərinə gəlib.

Uşaqlar üçün Dalaman hava limanında qarşılama mərasimi təşkil edilib.

Hava limanının müdiri Hamdi Güvən layihə çərçivəsində ukraynalı uşaqları  şəhərlərində qonaq etməkdən məmnunluq duyduqlarını söyləyib.

Ukraynanın dost və qardaş ölkə olduğunu vurğulayan Güvənç deyib ki, bu layihənin dünya uşaqlarının qardaşlığı üçün nümunə olmasını istəyirəm. Bölgəmizdə qonaq etdiyimiz ukraynalı uşaqların gələcəkdə hər birinin könüldən Türkiyəyə bağlı olacağına qəlbən inanıram.

Səyahət firmasının müdiri Mustafa Özdən isə Ukraynada yaşayan kimsəsiz uşaqların ilk dəfə ölkədən kənara çıxdıqlarına diqqət çəkərək deyib ki, onlar üçün 7 gün müddətində çox gözəl tədbirlər təşkil ediləcək. Həm dincələcəklər həm də müxtəlif tədbirlərdə iştirak edərək əylənəcəklər.  



Әlaqәli Xәbәrlәr