Millət vəkillərinin bazanı ziyarət etmələrinə icazə verildi

Alman millət vəkillərinin Türkiyənin Adana vilayətində yerləşən İncirlik hava bazasını ziyarət etmələrinə icazə verilib.

573405
Millət vəkillərinin bazanı ziyarət etmələrinə icazə verildi

Alman millət vəkillərinin Türkiyənin Adana vilayətində yerləşən İncirlik hava bazasını ziyarət etmələrinə icazə verilib.

Bu barədə Baş nazirin müavini Nurəddin Canikli dünən keçirilən Nazirlər Kabinetinin yığıncağından sonra jurnalistlərə açıqlama verib.

Canikli jurnalistlərin bununla bağlı sualına cavabən deyib ki, 1915-ci il hadisələri ilə əlaqəli olaraq Almaniya parlamentinin iyun ayında qəbul etdiyi əsassız, mənasız, həqiqətlərə uyğunsuz qərarına görə bu ziyarətə indiyədək icazə vermədik. Lakin daha sonra Almaniya kansleri Angela Merkel qəbul edilən qərarın “hüquqi yox, siyasi olduğu” mənasını daşıyan açıqlama yaydı. Onun açıqlaması bir mənada bizi qane etmişdir. Bundan sonra tələbləri olacağı təqdirdə alman millət vəkillərinə İncirlik bazasını ziyarət etmələri barədə icazə veriləcəkdir. Millət vəkillərinin bu çərçivədə bir tələbləri də var və oktyabr ayında ziyarət etmələri barədə Xarici İşlər Nazirliyi tərəfindən lazım olan icazələr verilib.

Nurəddin Canikli alman millət vəkillərinin gəlib gəlməyəcəklərini bilmədiyini, ancaq hal-hazırda onların İncirlik bazasını ziyarət etmələrinə hər hansı maneənin olmadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr