Prezident Ərdoğan ABŞ-a sǝfǝrǝ yola düşüb

Dünyanın heç bir ölkəsi terror tǝşkilatı fǝto üçün etibarlı sığınacaq olmayacaq: R.T.Ərdoğan

572766
Prezident Ərdoğan ABŞ-a sǝfǝrǝ yola düşüb

Prezident Rǝcǝb Tayyıb Ərdoğan, ABŞ-a rǝsmi sǝfǝrǝ yola düşǝrkǝn İstanbul Atatürk adına hava limanında tǝşkil etdiyi mǝtbuat konfransında Terror və terror təşkilatlarına qarşı mübarizǝnin ǝzmlǝ davam edǝcǝyini ifadǝ edǝrǝk: “15 İyul çevriliş cəhdi və millətimizin bu xəyanət qarşısında sǝrgilǝdiyi tǝqdirǝ şayan müqavimət, Türkiyənin daha bir dǝfǝ beynǝlxalq cǝmiyyǝtin diqqǝt mǝrkǝzindǝ yer almasına sǝbǝb olmuşdur”.

ABŞ-a sǝfǝri çǝrçivǝsindǝ BMT assambleyasında çıxış edǝcǝyini, bunun 15 İyul çevriliş cǝhdi vǝ FƏTO-nun beynǝlxalq cǝmiyyǝtǝ ən doğru şəkildə izah edilməsi baxımından fürsǝt olduğunu ifadə edən Ərdoğan: “Biz hər platformada fǝto və onun quldurbaşının gizli planlarını ifşa etmǝk, bu terror təşkilatının Türkiyə və digər ölkələr üçün dǝ böyük tǝhlükǝ olduğunu sǝslǝndirmǝk vǝ dostlarımızı xəbərdarloq etmǝkdǝ davam edəcəyik. Bundan sonra dünyanın heç bir ölkəsi, heç bir bölgəsi fǝto və onun mǝnsubları üçün etibarlı sığınacaq çolmayacaq”.

Fǝrat Qalxanı Əmǝliyyatı ilǝ Suriya mǝnşǝli terror təşkilatlarına qarşı mübarizǝnin dǝ davam etdiyini xatırladan prezident, ölkǝ daxilindǝ dǝ feto, DEAŞ və PKK kimi terror tǝşkilatları mǝnsublarına qarşı uğurlu ǝmǝliyyatlar hǝyata keçirildiyini qeyd edib.

Prezidentin sözlǝrinǝ belǝ davam edib: “Daha bu həqiqəti bütün dünyanın dərk etdiyinə və ya edəcəyinə inanıram. Suriya problemi yalnız Suriyalılar və ya Suriyaya qonşu bir neçə ölkənin məsələsi deyil. Bu qlobal bir mǝsǝlǝdir. Suriya böhranını qanun və ədalət çǝrçivǝsindǝ həll qovuşdurmaq üçün itirilǝn hər saniyə, hər dəqiqə BMT-nin etibarını zǝdǝlǝyir. Bunu hǝr kǝs idrak etmǝlidir ki, qaçqınlara biganǝ qalaraq problemǝ hǝll yolu tapmaq mümkün olmaz. Başda inkişaf etmiş ölkələr olmaqla bütün dünya mövzu ilǝ bağlı mǝsuliyyǝt hismsi ilǝ addım atmalıdır”.

Təhlükəsiz zona yaradılması tǝlǝbini dǝ daha bir dǝfǝ sǝslǝndirǝcǝyini ifadǝ edǝn Ərdoğan, Suriyanın şimalında bir PYD dəhlizinin yaranmasına icazə vermiyǝcǝklǝrini Tel Abyadın Ərəblərin məskunlaşma bölgəsi olduğunu, Cerablusun xilas edildiyini, daha qǝsǝbǝ xalqının evlǝrinǝ qayıtdıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr