Ərdoğan:" Adnan Menderes siyasi həyatımızda və millətimizin qəlbində silinməz izlər buraxmışdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Adnan Menderesin ölkəsinə və millətinə göstərdiyi xidmətlərinə görə hər zaman hörmətlə xatırlanacağını bildirdi.

572178
Ərdoğan:" Adnan Menderes siyasi həyatımızda və millətimizin qəlbində silinməz izlər buraxmışdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Adnan Menderesin edamının 55-ci ildönümündə mərhumu yad edərək, ona Allahdan rəhmət dilədi.

Ərdoğan Adnan Menderesin ölkəsinə və millətinə göstərdiyi xidmətlərinə görə hər zaman hörmətlə xatırlanacağını bildirdi.

Mərhum baş nazir Adnan Menderesin Türkiyənin demokratiya tarixinə damğa vuran şəxsiyyətlərdən biri olduğunu vurğulayan prezident:"Ölkəmizin inkişafında, irəliləməsində və demokratikləşməsində mühüm rol oynayan görkəmli dövlət xadimi Adnan Menderes siyasi həyatımızda və millətimizin qəlbində silinməz izlər buraxmışdır" dedi.

Baş nazir Binali Yıldırım da Adnan Menderesin Türkiyənin daha firavan daha demokratik və daha müasir bir quruluşa qovuşmasının tarixi dönəmində liderlik edən bir dövlət adamı olduğunu söylədi. Menderesin millətə xidmət yolunda canını fəda etdiyinə diqqət çəkən Yıldırım: "Menderes və yoldaşlarını haqsız yerə qeyri- qanuni bir şəkildə mühakimə edərək edam qərarı verənləri Türk milləti əsla bağışlamayacaq" dedi.

Daxili İşlər naziri Süleyman Soylu da 27 may çevrilişindən sonra Yassıada məhkəməsindən sonra edam edilən baş nazir Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Həsən Polatkanın ölümlərinin 55-ci ilində Anıt məzarında təşkil olunan mərasimdə iştirak etdi. 

Anıt məzarı inşa edildiyi gündən etibarən hər il sentyabrın 17-də demokratiya şəhidini xatırlamaq üçün toplaşdıqlarını, lakin bu gün fərqli bir qürurla biraraya gəldiklərini söyləyən Soylu, Türk millətinin 27 mayda açılan mötərizəni 15 İyulda bağladığına diqqət çəkdi.

15 iyul çevriliş cəhdinin arxasında kimlərin dayandığını, kimin dəstəkçiləri olduğunu bu gün dəqiq bildiklərini qeyd edən Soylu:"Öz iradələri ilə addım atmaqdan məhrum olanların hansı cəsarətlə bu millətin millət olma qabiliyyətini aradan qaldırmağa çalışdıqlarını və bu torpaqları yenidən işğal torpaqlarına çevirmək istədiklərini bilirik" dedi.

Mərhələlərlə əldə edilən demokratik inkişafı, hüququn aliliyini,  vətəndaşların həyat standartlarının yüksəldilməsini geri ala bilmək üçün hansı qurbanlar verildiyini bildiklərini dilə gətirən Soylu:"15 iyul bizim üçün böyük bir gələcəyə yol açdı” dedi.

Xatırladaq ki, Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkan 27 may 1960-cı il çevrilişindən sonra saxta məhkəmələrdə mühakimə edilərək, edama məhkum ediliblər.

Zorlu və Polatkanın cəzaları 16 sentyabr 1961-ci ildə, Menderesin cəzası 17 sentyabr 1961-ci ildə həyata keçirilib.

Menderes, Zorlu və Polatkan ölümlərinin 55-ci ildönümündə İstanbul Vətən Caddəsindəki Anıt Məzarında yad edildilər.



Әlaqәli Xәbәrlәr