Türkiyənin "Der Spiegel"  jurnalına sərt reaksiyası: İftira

Türkiyə Almaniyanın "Der Spiegel"  jurnalının  prezident Rəcəb Tayyib Ərdoğanın şəklinin yerləşdirildiyi üz qabığını  "iftira" olaraq səciyyələndirərək qınadı.

570883
Türkiyənin "Der Spiegel"  jurnalına sərt reaksiyası: İftira

Türkiyə Almaniyanın "Der Spiegel"  jurnalının prezident Rəcəb Tayyib Ərdoğanın şəklinin yerləşdirildiyi üz qabığını  "iftira" olaraq səciyyələndirərək qınadı.
 
 Məsələ ilə bağlı açıqlama verən Türkiyənini Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic "Der Spiegel"in üz qabığının İslam haqqında da mənfi rəy formalaşdırdığını bildirdi.
 
Bu növ üz qabığı ilə məqsədin Türkiyənin imicini zəiflətmək olduğunu bildirən Bilgiç:" Der Spiegel" jurnalının ölkəmizlə bağlı xüsusi buraxılışında formalaşdırılmağa cəhd göstərilən  imic bir müddətdir Avropada bəzi media orqanlarının ölkəmizin ictimai imicini zəiflətməyi hədəfləyən səhv və qərəzli təfəkkürün yeni təzahürüdür. Jurnalın sözügedən xüsusi sayının üz qabığının son dərəcə təhrikedici, yalnız Türkiyə deyil, İslam haqqında da mənfi rəy formalaşdıracaq bir şəkildə hazırlandığı diqqət çəkir" deyə danışdı.
 
 Bilgiç:"Eyni şəkildə, xalqın böyük dəstəyi ilə demokratik şəkildə seçilmiş Cənab Prezidentimizə qarşı iftira səylərini də təəssüflə qınayırıq" dedi.
 
 "Der Spiegel"in Türkiyəyə həsr olunmuş xüsusi sayının üz qabığında Ərdoğanın şəkli ilə yanaşı, məscid minarələri raket şəklində təsvir edilir. Başlıqda isə "Bir ölkə azadlığını itirir" yazılır.
 
 Jurnalın Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı qanlı çevriliş cəhdində Türk demokratiyasını hədəf aldığını isə görməməzliyə vurduğu diqqət çəkir.



Әlaqәli Xәbәrlәr