Türkiyə Qurban bayramını qeyd edir

Türkiyənin bütün dövlət və ictimai qurumları Qurban bayramında 9 gün tətildədir

569559
Türkiyə Qurban bayramını qeyd edir

  Qurban bayramının Ərəfə günü 11 sentyabr tarixindən başladı. Türkiyədə bayramın birinci günü 12 sentyabr bazar ertəsi, ikinci günü çərşənbə axşamı, üçüncü günü isə çərşənbə gününə düşür.

  Türkiyənin bütün dövlət və ictimai qurumları Qurban bayramında 9 gün tətildədir. Azərbaycanda isə Qurban Bayramı tətili 12,13 sentyabr tarixləridir, yəni həmin bu günlər iş günü hesab edilmir.

  Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün sürür.    

  Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban əsasən kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürməlidir.

  İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

  Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

  İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.

  Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

 



Әlaqәli Xәbәrlәr