Belçikada çevriliş cəhdində şəhid olanların xatirǝsinǝ anım mǝrasimi keçirilib

Fǝtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (fǝto/PDY)-nin uğursuzluqla nǝticǝlǝnǝn 15 iyul çevriliş cəhdində şəhid olanların xatirǝsinǝ Belçikanın Beringen şəhərində anım mǝrasimi keçirilib.

568344
Belçikada çevriliş cəhdində şəhid olanların xatirǝsinǝ anım mǝrasimi keçirilib

Avropalı Türk Demokratlar Birliyi tǝrǝfindǝn tǝşkil edilǝn tǝdbirdǝ Prezident Rəcəb Tayyib Ərdoğana hǝsr olunan mahnılar sǝslǝndirilib. Xain çevrilişǝ cəhd edildiyi gecǝ ilǝ bağlı hazırlanan qısametrajlı film nümayiş etdirilib.

Tǝdbirǝ qatılan Ədalət və İnkişaf Partiyası İstanbul millət vəkili Mətin Külünk, feto mənsublarının Avropa ölkələrinin maliyyǝ vǝ polis təşkilatlarına, mətbuatına sızdığını, Avropadakı millət vəkillərini “lobicilik” adı altında nəzarət altına aldıqlarını vurğulayıb. Avropa ölkələrinin çevriliş cǝhdi ilǝ bağlı Türkiyǝyǝ verdiklǝri dǝstǝyin qǝnaǝt bǝxş olmadığını, hǝlǝ bǝzi ölkǝlǝrin, qaçaq feto mǝnsublarını ǝrazilǝrindǝ saxladıqlarını, bunun qǝbul edilmǝz olduğunu qeyd edib. Onlardan terror təşkilatı mənsublarını Türkiyǝyǝ qaytarmalarını, fǝto məktəblərinin fǝaliyyǝtini dayandırmalarını istǝyib.



Әlaqәli Xәbәrlәr