Avropa İttifaqından suriyalı qaçqınlara elektron kart

Avropa İttifaqı Komissiyası Türkiyədəki suriyalı qaçqınlara maliyyə dəstəyinin həyata keçiriləcəyi “Təcili ictimai təhlükəsizlik şəbəkəsi” adlı proqramı açıqlayıb.

568088

Açıqlamaya əsasən Avropa İttifaqı Türkiyədəki qaçqınlara dəstək olmaq məqsədilə təcili ehtiyacların satın alınmasında istifadə edilməsi üçün elektron kart layihəsi həyata keçirəcək.

Layihə çərçivəsində Türkiyədə ehtiyacı olan suriyalı qaçqınlara cəmi 348 milyon avroluq elektron xərc kartı veriləcək.

Qaçqınlar bu kartlarla ən çox ehtiyacları olan məmulları yerli bazarlarda satın ala biləcəklər.

Humanitar yardım proqramını, Baş Nazirlik Fövqəladə və Təcili Hallar İdarəsi (AFAD), Türkiyə Qırmızı Aypara Cəmiyyəti, Ailə və Sosial Siyasətlər Nazirliyi və Dünya Ərzaq Proqramı birgə keçirəcək.

Həmin humanitar yardım layihəsinin 2017-ci ilin ilk rübünə qədər Türkiyədəki 1 milyon suriyalı qaçqına çatdırılması qarşıya məqsəd qoyulub.

Әlaqәli Xәbәrlәr