Türkiyə Nazirlər Kabinetinin iclası oldu

Təxminən 6  saat yarım davam edən iclasda, daxili və xarici təhlükəsizlik məsələləri müzakirə olundu.

567287
Türkiyə Nazirlər Kabinetinin iclası oldu

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi.
 
 Təxminən 6  saat yarım davam edən iclasda, daxili və xarici təhlükəsizlik məsələləri müzakirə olundu.
 
İclasdan sonra baş nazirin müavini Nurəddin Canikli açıqlama verdi.
 
 Canikli "Fərat Qalxanı" əməliyyatlnln genişlənə biləcəyini bildirdi.
 
Ölkədə aparılan əməliyyatlar haqqında da son məlumatları bölüşən Canikli 229 terror  və 19 canlı bomba hadisəsinin qarşısının alındığını açıqladı.
 
Baş nazir müavini Fətullahçı Terror Təşkilatı/ Paralel Dövlət İdarəçiliyinə (FETÖ/PDY) qarşı əməliyyatlarıda səhvən işdən çıxarılma hallarında düzəliş kanallarının açıq olduğunu da ifadə etdi.



Әlaqәli Xәbәrlәr