“Hədəfimiz ən yaxın zamanda vizasız səyahətin reallaşmasıdır”, Ö.Çelik

Avropa İttifaqı naziri Ömər Çelik hədəflərinin Avropa İttifaqına vizasız səyahətin yaxın zamanda həyata keçirilməsi olduğunu söyləyib.

566646
“Hədəfimiz ən yaxın zamanda vizasız səyahətin reallaşmasıdır”, Ö.Çelik

Avropa İttifaqı naziri Ömər Çelik hədəflərinin Avropa İttifaqına vizasız səyahətin yaxın zamanda həyata keçirilməsi olduğunu söyləyib.

Ömər Çelik səfərdə olduğu Portuqaliyanın paytaxtı Lissabonda Xarici İşlər naziri Augusto Santos Silva ilə bir araya gəlib.

Çelik birgə mətbuat konfransında Aİ-yə müraciət edərək tənqidləri əhatə edən fəsilləri birlikdə müzakirəyə açmağa çağırıb.

Nazir deyib ki, müzakirə ediləcək fəsilləri açağın. Bunlar media azadlığı, hüquq dövləti olma kimi mövzuların əsasını təşkil edir. Güclü bir özünəinamla bunları müzakirəyə hazır olduğumuzu bildirmək istəyirəm.

Almaniya mətbuatında yer tutan “viza rejiminin ləğvinə dair oktyabr ayı əvəzinə dekabr ayına qərar qəbul edildi” iddiasına da cavab verən nazir Ömər Çelik vurğulayıb ki,  Avropa Şurası ilə aramızda bir mexanizm var. Həmin çərçivədə gələcəkdə ediləcək dəyişikliklər barədə vədlər verilər və viza rejimi ləğv edilər. Terrorla əlaqəli mövzularda müəyyən addımlar atıldıqdan sonra verilən vədlər yerinə yetirilər. Məsələ oktyabr, noyabr məsələsi deyil, ən yaxın zamanda bunun həyata keçirilməsidir.

Suriyanın şimalının terror təşkilatlarından təmizlənməsi məqsədilə başladılan “Fərat qalxanı” əməliyyatı haqqında da məlumat verən nazir Çelik bildirib ki, Türkiyə ordusu terror təşkilatı DAEŞ ilə mübarizə aparmaq üçün Suriya torpaqlarına girdi və 55 ölkədən təşkil tapan koalisiya qüvvələrinin geri oturda bilmədiyi təşkilatı sərhəd ərazilərindən çıxardı. İlk dəfə NATO sərhədləri tamamilə DAEŞ-dən təmizləndi.

Ömər Çəlik Avropa ölkələrinin miqrantların əleyhinə olan siyasətini də tənqid edərək deyib ki, Türkiyə 3 milyon qaçqını qəbul edib. Dövlət və qeyri-hökumət təşkilatları qaçqınlar üçün 25 milyard dollar xərcləyib. Amma Avropa İttifaqı vəd etdiyi maliyyə yardımını hələ də göndərməyib.

Türkiyənin 15 iyul gecəsi məruz qaldığı çevriliş cəhdi ilə əlaqəli Avropa İttifaqını tənqid edən nazir Çelik vurğulayıb ki, Avropa İttifaqı ölkələrinin Türkiyə ilə həmrəy olduqlarını görmədik. Ən yüksək səviyyədəki ziyarətlər 1 ay sonra reallaşdı. Bu ölkələr Türkiyə ilə daha güclü əməkdaşlıq etməlidir.



Әlaqәli Xәbәrlәr