"Türkiyə Avropa ilə hər zaman əməkdaşlıq etmişdir", Ö Çəlik

Nazir İspaniyada buraxılan “El Pais” qəzetində dərc olunan məqalə yazıb.

566441
"Türkiyə Avropa ilə hər zaman əməkdaşlıq etmişdir", Ö  Çəlik

Avropa İttifaqı(Aİ) naziri və Baş müzakirəçi Ömer Çəlik Brüsselin Fətullahçı Terror Təşkilatının 15 iyuldakı çevriliş cəhdi qarşısında ortaya qoyduğu qorxaq reaksiyanın özünəinam və əsas prinsiplərini təşkil edən demokratiya, insan haqları və hüquq dövləti olma sözü barədə ciddi şübhələr ortaya qoyduğunu söyləyib.

 Nazir İspaniyada buraxılan “El Pais” qəzetində dərc olunan məqalə yazıb.

 Nazir Çəlik bildirib ki, Türk xalqı son həftələrdə avropalı rəhbərlərdən 240 günahsız insanın ölümünə səbəb olan ən ağır hücumdan sonra gözlədiyi dəstəyi görə bilmədi. Avrupanın milyonlarla Türkün təqdirini yenidən qazanmağı bacarıb bacara bilməməsi Aİ-nin hələ də həyatda qalma ehtimalı olub olmadığını da göstərəcəkdir.

 Türkiyənin təsisedici və peşəkar mövqe tutaraq çətinliklərin öhdəsindən gəlmək üçün hər zaman Avropa ilə əməkdaşlıq etdiyinə diqqət çəkən Ömər Çəlik vurğulayıb ki,

 Türkiyə rəsmiləri Yunan adaları üzərindən Avropaya minlərlə qaçaq miqrant gəlməyə başladığı zaman tarixi bir nailiyyət olan qanuni bir yaşayış mexanizmi yaratmaq üçün avropalılarla birgə çalışdılar. Yeni gələnlərin sayı qüvvəyə minməsindən bir neçə həftə sonra bir neçə mindən bir neçə adama düşdü. Aİ-nin aralarında viza azadlığı və maliyyə yardımın da olduğu vədlərini yerinə yetirməmək üçün həmişə bəhanə göstərməsinə baxmayaraq qayıqları müsadirə etməyə, insan qaçaqmalçıları tutmağa və qaçqınların ehtiyacları ilə məşğul olmağa davam edirik.

 Rəsmi Ankaranın Avropanın təhlükəsizliyinə də töhfə verdiyini vurğulayan Nazir Çəlik qeyd edib ki, Türkiyə sadəcə terror təşkilatı DEAŞ ilə mübarizədə birinci yerlərdə yer tutmayıb. Bununla yanaşı döyüş bölgəsinə (Suriya) xarici döyüşçülərin keçidinə mane olmaq  üçün avropalı hökumətlərlə əməkdaşlıq edib. Ayrıca xeyli sayda avropalının da aralarında olduğu 50 mindən çox terror şübhəlisinin girişini qadağan etmişdir.

 Ömər Çəlik məqaləsini belə yekunlaşdırıb: “Bəziləri hal-hazırda Türkiyə hökumətinə hücum etməyi üstün hesab etsə də fikrimizi dəyişməmişik. Aİ-yə üzvlük Türkiyə üçün strateji bir hədəf olmağa davam edir. Nə ikili standart nə də tərbiyəsizlik bizi mane olacaq".



Әlaqәli Xәbәrlәr