Rəcəb Tayyib Ərdoğan Vladimir Putin ilə bir araya gəldi

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan G 20 sammitində iştirak etmək üçün getdiyi Çin Xalq Respublikasında dünən Rusiya prezidenti Vladimir Putin ilə bir araya gəldi

564854
Rəcəb Tayyib Ərdoğan Vladimir Putin ilə bir araya gəldi

.
Türkiyə prezidenti Ərdoğan Rusiyanın dövlət başçısı Putin ilə regional və siyasi məsələləri müzakirə edəcəklərini bildirərək, Rusiya ilə enerji sahəsində atılacaq addımların əlaqələrin daha da gücləndiriləcəyini qeyd etdi.
 
 Rusiya lideri isə 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyənin sürətlə normallaşma prosesinə daxil olduğunu bildirərək, bunu məmnuniyyətlə qarşıladıqlarını dedi.
 
 Putin terrorla mübarizə edən Türkiyənin çətin bir dövrdən keçdiyini, mühüm təhdidlərlə üz-üzə qaldığını söylədi.
 
 Qeyd edək ki, liderlər Türkiyə hava məkanını pozan Rusiyaqırıcısının vurulduğu 24 noyabr böhranından sonra ilk dəfə avqustun 9-da Sankt Peterburqda görüşüblər.



Әlaqәli Xәbәrlәr