Federica Mogherini:"Türkiyə və Aİ arasında yenidən güclü bir dialoq qurulmalıdır"

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogherini Türkiyə ilə Aİ-nin daha çox danışmağa ehtiyacı olduğunu dedi.

564688
Federica Mogherini:"Türkiyə və Aİ arasında yenidən güclü bir dialoq qurulmalıdır"

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogherini  Aİ-nın dönəm sədri Slovakiyanın ev sahibliyində keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından sonra verdiyi açıqlamada Türkiyədəki çevriliş cəhdinə qarşı iqtidar və müxalifəti birlikdə demokratiyanı müdafiə etmək üçün bir araya gələn Türk xalqına və qurumlarına, həmrəylik və rəğbətlərini ifadə etdiklərini bildirdi.
 
 Avropa İttifaqı olaraq dövlət çevrilişi cəhdinə qarşı ilk reaksiya göstərənlərdən olduqlarını xatırladan Mogherini: "Çətin zamanda Türk xalqına və qurumlarına bildirdiyimiz dəstəyimizi bu gün yenə də təkrarlayırıq" dedi.
 
 Gələn həftə, cümə günü Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Müzakirələri üzrə komissarı Yohannes Hahn ilə Ankarada yüksək səviyyəli siyasi dialoq toplantısına qatılacaqlarını bildirən Mogherini, ikitərəfli, regional xarici siyasəti və eyni zamanda, əməkdaşlıq tələb edən problemləri müzakirə edəcəklərini bildirdi.
 
 Dövlət çevrilişi və ona qarşı reaksiyaların  Avropa və Türk ictimaiyyətində mənfi əks olunmalara səbəb olduğunu vurğulayan Mogherini, yenidən güclü bir dialoqun qurulmasının vacib olduğunu bildirdi və: "Bir-birimiz haqqında daha az danışmağa, bir-birimiz ilə daha çox danışmağa ehtiyacımız var. Bundan başqa, bir-birimizi  açıq və konstruktiv yanaşma əsasında dinləməyə və anlamağa ehtiyacımız var. Bu, tam olaraq başladığımız prosesdir, çox müsbət bir atmosferin olduğunu qeyd etmək istəyirəm". ifadələrindən istifadə etdi.
 
 Terror hadisələrinə də toxunan Mogherini,  Aİ və onun bütün üzvləri üçün PKK-nın bir terör təşkilatı olduğunu vurğudı.
 



Әlaqәli Xәbәrlәr