Hakkari, Van və Mardində terrorçular cavablarını aldı

Türkiyənin Van şəhərinin Çaldıran qəsəbəsində terror təşkilatı PKK-ya qarşı davam etdirilən əməliyyatda 8 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb

564421
Hakkari, Van və Mardində terrorçular cavablarını aldı

  Türkiyənin Hakkari şəhərinin Çuxur qəsəbəsi çölündə davam edən əməliyyatda səhər saatlarında çıxan qarşıdurmada 3 əsgər şəhid oluu, 3-ü ağır olmaqla 20 əsgər yaralanıb.

  Van şəhərinin Çaldıran qəsəbəsində də terror təşkilatı PKK-ya qarşı əməliyyatda qarşıdurma çıxıb, 8 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb.

  Çaldıranın Tendürek dağında bölücü terror təşkilatı ünsürlərinə qarşı həyata keçirilən əməliyyatda isə 1 leytenant, 2 zabit və 5 ekspert-çavuş olmaqla 8 əsgər şəhid olub. Yaralanan digər 8 əsgər isə xəstəxanalara çatdırılıb.

  Bölgədə terrorçulara qarşı əməliyyat başlayıb və Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarələri Tendürek bölgəsində üç hava hərəkatı təşkil edərək 13 PKK mənsubu terrorçunu zərərsizləşdirib.

  Türkiyənin Mardin şəhərinin Dargeçit qəsəbəsində də terrorçularla Təhlükəsizlik Qüvvələri arasında qarşıdurma çıxıb, iki əsgər və bir mühafizəçi şəhid olub, dördü təhlükəsizlik işçisi olmaqla altı nəfər yaralanıb.

  Qarşıdurmada yaralanan bir əsgər və bir kənd mühafizəçisi xəstəxanada həyatlarını itiriblər.

  Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.



Әlaqәli Xәbәrlәr