Türkiyənin Daxili İşlər naziri dəyişdi

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan dünən axşam Türkiyə saatıyla 19.30-da Prezident Sarayında Binəli Yıldırımı qəbul edib

562826
Türkiyənin Daxili İşlər naziri dəyişdi

  Türkiyənin Baş naziri Binəli Yıldırım Daxili İşlər naziri Əfqan Alanın vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan dünən axşam Türkiyə saatıyla 19.30-da Prezident Sarayında Binəli Yıldırımı qəbul edib.

  Yarım saatlıq görüşdən sonra məlumat verilib ki, Daxili İşlər naziri olaraq Süleyman Soylu, onun yerinə isə Əmək və Sosial Müdafiə naziri vəzifəsinə Baş nazir müavini Mehmet Müezzinoğlu təyin edilib.



Әlaqәli Xәbәrlәr