Türkiyə Washington rəhbərliyinə xəbərdarlıq etdi

Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri John Bass Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı.

562138
Türkiyə  Washington rəhbərliyinə xəbərdarlıq etdi

Türkiyə Suriyanın Cerablus bölgəsində davam edən "Fərat Qalxanı" əməliyyatına qarşı açıqlamalarına sərt reaksiya göstərdiyi Washington rəhbərliyinə xəbərdarlıq  etdi.
 
 ABŞ Müdafiə Nazirliyinin Suriyada terror təşkilatı DEAŞ-ın olmadığı yerlərdə qarşıdurmaların qəbul edilməz olduğu istiqamətindəki açıqlamasına qarşı reaksiya Xarici İşlər Nazirliyinə çağırılan Amerika Birləşmiş Ştatları səfiri John Bassa bildirildi.
 
 Müşavir Firudin Sinirlioğlu Nazirlikdə qəbul etdiyi səfir Bassın diqqətinə ABŞ rəsmilərinin "Fərat Qalxanı" əməliyyatı ilə əlaqədar söylədiklərinin qəbuledilməz olduğunu çatdırdı.
 
ABŞ səfiri, eyni zamanda, ölkəsinin separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD/YPG-nin Fərat çayının şərqinə çəkilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyin yerinə yetirməsi ilə əlaqədr xəbərdarlıq  edildi.



Әlaqәli Xәbәrlәr